Goranboyda tövlə yanıb, heyvanlar xilas edilib

Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus tövlə yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 24 ton ot bağlamasının 12 tonu yanıb. Yanğın zamanı tövlədən 9 baş iribuynuzlu heyvan xilas edilib. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31