Bakı TƏŞVİŞDƏ! Metroda yanğın oldu: ürəyi gedənlər var
Qatarların hərəkəti artıq bərpa edilib, xəsarət alan yoxdur
16 May 2014 10:36 KriminalAPA-nın xəbərinə görə, yanğın Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkətdə olan qatarlardan birində baş verib. Hadisə "Koroğlu" stansiyasında qeydə alınıb. Sərnişinlər təxliyə olunub. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib."Bakı Metopoliteni"nin mətbuat xidmətindən osə APA-ya bildirilib ki, bu gün saat saat 08.09-da 38 saylı marşrutla hərəkət edən qatar "Koroğlu" stansiyasında platformada olarkən 4-cü vaqonunda tüstülənmə olub.Sərnişinlər dərhal təxliyə olunub. Xətlər gərginlikdən ayrılıb. Qatara baxış keçirilib, tüstülənmənin qarşısı alınıb. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulub, qatarların hərəkəti dayandırılıb.Daha sonra qatar baxış üçün depoya göndərilib. 08.30-da bütün qatarların hərəkəti bərpa olunub.Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb
***
08:42
Bu gün metronun "Koroğlu" stansiyasında yanğın olub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatarlardan birində güclü tüstülənmə olub. Tüstüələnmə bütün vaqonları bürüyüb. Sərnişinlər təcili olaraq boşaldılıb. Ürəyi gedənlər və tüstüdən zəhərlənənlər var.Bakı Metropolitenindən Lent.az-a bildirilib ki, hadisə saat 08:09-da Həzi Aslanov-Dərnəgül xətti üzrə hərəkət edən qatarda baş verib. Qatar platformaya daxil olarkən 4-cü vaqonda güclü tüstülənmə baş verib. Dərhal qatar enerji qaynağından ayrılıb, sərnişinlər evakuasiya edilib. Metrostansiyaya yanğınsöndürmə və təcili tibbi yardım briqadaları çağırılıb. Yanğının baş verdiyi qatar xətdən çıxarılaraq depoya göndərilib. Hərəkət normal qaydada bərpa edilib.