General Mahmud Həmzəyev həbs edildi

Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev 3 aylıq müddətə həbs olunub. "OLAYLAR"ın məlumatına görə, bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi məlumat yayıb. M.Həmzəyevlə birgə xidmət etmiş polkovnik Elmar Salayevin də həbs olunduğu bildirilib. Onların yeyintilərdə və mənimsəmələrdə ittiham olunduqları qeyd olunur.

Mənbə bildirdi ki, Hərbi Prokurorluğun sanksiyası əsasında saxlanılan bu iki şəxslə bağlı mayın 13-də Binəqədi rayon məhkəməsində hakim Abbaz Rzayevin sədrliyi ilə keçirilən iclasda Mahmud Həmzəyevin və Elmar Salayevin 3 ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarılıb.
Hərbi mənbələrdən "Doktrina" JHAM-a verilən digər məlumata görə, Şəmkir Hərbi birləşməsinin keçmiş komandiri Çingiz Şəfiyevin yaxın günlərdə istintaqa çağırılacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31