Xaçmazda binada "partlayış" törədildi

FHN şagirdlər üçün təlim keçirib

Azərbaycanın Xaçmaz rayonunda fövqəladə hallara hazırlıq məqsədi ilə təlim keçirilib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, təlimə Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 xidməti maşını və 50-yə yaxın əməkdaşı cəlb olunub. Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı ilkin olaraq görüləcək tədbirlərin şagirdlərə öyrədilməsidir.  Şərti partlayış altında keçirilən təlimdə məktəb şagirdlərini xilas etmək üçün əvvəlcə əraziyə FHN-nin şimal regional mərkəzinin xilasediciləri çağırılıb. Daha sonra məktəblilərin binadan evakuasiyası işinə start verilib. Təlimlərə həmçinin tibbi heyət də cəlb edilib.  Partlayışdan sonra binada qalan zərərçəkən məktəblilərin çıxarılması və xəstəxanaya aparılmaları təmin olunub. FHN-nin şimal regional mərkəzinin şöbə rəisi Rəşad Ağəmmədov ANS-ə açıqlamasında bildirib ki, belə təlimlərin keçirilməsi əhalinin maarifləndirilməsində müsbət rol oynayır: "Təlimin əsas məqsədi fövqəladə hal zamanı, insanların köçürülməsi, ilkin tibbi yardımın göstərilməsi və digər yanğın halları zamanı insanların hansı istiqamətdə hərəkət etməsini əyani göstərmək olub". Qeyd edək ki, belə təlimlərin respublikanIn digər rayonlarında da keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31