Bakıda homoseksualı 2 manata görə amansızlıqla öldürdülər – ŞOK FAKTLAR

Bakıda 5 gün əvvəl törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı şok faktlar üzə çıxıb  Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi 5 gün əvvəl törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, paytaxtın polis, milli təhlükəsizlik və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib. Belə ki, mayın 13-də Lənkəran rayon sakini, 1964-cü il təvəllüdlü Mehralıyev İltifat Nurməmməd oğlunun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib və faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin tamah niyyəti ilə paytaxtın Nərimanov rayonunda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Bədəlov Turqay Qulu oğlu tərəfindən törədilməsi müəyyən edilib. T.Bədəlov şübhəli şəxs qismində tutulub və cinayətin aləti olan bıçaq və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

T.Bədəlov ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31