Pərviz Həşimliyə 8 il hökm oxundu

 Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində silah qaçaqmalçılığı və digər maddələrdə təqsirləndirilərək həbs olunan jurnalist Pərviz Həşimli və Təvəkkül Qurbanov barəsində hökm oxunub. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Cinayət Məcəlləsinin 228.2.1 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq silah və hərbi sursatın qanunsuz əldə edilməsi, daşınması, satışı, saxlanması, gəzdirilməsi) , 228.2.2 (həmin hərəkətlərin təkrar törədilməsi) və 206.3.2 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq) madəlləri ilə təqsirli bilinən Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən Təvəkkül Qurbanov da həmin maddələrlə təqsirli bilinərək 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31