Nənə evində qopan ana fəryadı: bir il əvvəl balasının, indi isə özünün ürəyi parçalandı
15 May 2014 14:20 Kriminalİsmayıllı rayonundan Bakıya çörəkpulu qazanmağa gedən gənci qardaşından aldığı sms dəhşətə gətirib. Telefonunda "qardaş, özümü öldürürəm. Salamat qal" mesajını oxuyan kimi anasına zəng etsə də, artıq gec olub. İsmayıllı rayonunda dünən özünü asan Aşağıbaş kənd sakini Tofiq Adıgözəlovun intihar səbəblərini Milli.Az araşdırıb. Bir il əvvəl ürəyindən ağır əməliyyat keçirən T.Adıgözəlov hərbi xidmətə də getməyib, rayon ərazisində ekspeditor işləyirdi. Dünən Bakıda işləyən qardaşına sms-lə özünü öldürəcəyini yazıb. Qardaşı da anasına zəng edərək Tofiqin yazdığını ona çatdırıb. Oğlunu axtaran ana onu nənəsinin evində tüstü bacasından asılmış halda tapıb.
Onu da əlavə edək ki, Tofiq ölümündən əvvəl "facebook" profilində "bu həyat çox haqsızdır, çünki pulu, varı olana üstünlük verirlər" statusunu yazıb.
Hazırda İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə başlanmış cinayət işinin istintaq davam etdirilir.