İstintaq təcridxanasında mobil telefon aşkar edilib
15 May 2014 13:20 KriminalƏdliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ayxan Böyükağa oğlu Knyazovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı döşəmənin altından daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və 2 ədəd "Sim" danışıq kartları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31