Dənizə düşmüş sərxoş xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Səbail rayonunda ("Bakı-Mərkəz" sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər sərxoş halda dənizə düşüb. Hadisə yerinə cəlb olunmuş dalğıc-xilasedicilər həmin şəxsi sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31