Diaspor sədrinə sui-qəsd oldu
Kiyev şəhərində Rövşən Tağıyev ağır güllə yarası alıb
15 May 2014 09:34 KriminalKiyevdə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevə naməlum şəxslər tərəfindən sui-qəsd olunub.
ANS PRESS-in məlumatına görə, bu barədə Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev öz "Facebook" səhifəsində bildirib.
Onun sözlərinə görə, Rövşən Tağıyev ağır güllə yarası alıb və vəziyyətinin nə yerdə olduğu hələ məlum deyil.
ANS PRESS-in aldığı son məlumata görə, hadisə axşam saatlarında baş verib. Sui-qəsd Rövşən Tağıyev aptekdən çıxan zaman həyata keçirilib. Çiyindən bir ağır güllə yarası alan Rövşən Tağıyev təcili xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun üzərində əməliyyat uğurla aparılıb. Hazırda reanimasiya şöbəsindədir. Onun tapança ilə vurulduğu bildirilir.
Ukrayna azərbaycanlıları xəstəxananın qabağına toplaşıblar. Qüdrət Hacıyevin verdiyi məlumata görə, Rövşən Tağıyevi vuranlar izi itirmək üçün öz avtomobillərini yandırıblar. Ümumiyyətlə, cinayətkarların ukraynalı və ya başqa millətdən olduğu hələ müəyyənləşməyib.