FHN Bakıda neft quyusunda baş verən yanğınla bağlı məlumat yayıb
14 May 2014 16:46 KriminalFövqəladə Hallar Nazirliyi (FHN) Bakıda neft quyusunda baş verən yanğınla bağlı məlumat yayıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində istismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fontan armaturasında neft-qaz fontanı baş verib. Nəticədə atmosferə çıxan neft-qaz məhsulu yanaraq 250 kvadratmetr sahədə ətrafa yayılıb.
Quyunun yaxınlığında olan qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunub. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31