Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilas edilib

 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü müxtəlif bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər müxtəlif kəsici alət və avadanlıqlardan istifadə olunmaqla vətəndaşı çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31