Mehdiabadda 8 otaqlı villa yanıb
14 May 2014 12:48 KriminalAbşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus villada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 244 kv.m olan kürsülü ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 122 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31