Səlyan şəhərində vətəndaşa məxsus evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 160 kv.m.olan ikimərtəbəli 8 otaqlı evin qamışdan ibarət tavanı yanıb. Evə bitişik ümumi sahəsi 140 kv.m. olan ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31