Bakıda bankdan külli miqdarda pul çıxaran şəxsə hücum edildi
26 Aprel 2012 19:24 KriminalAprelin 25-də Bakıda bankdan külli miqdarda pul çıxaran şəxs hücuma məruz qalıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov rayonu ərazisində bankdan 100 min manat pul çıxaran 22 yaşlı Emin Anayevə yaxınlaşan naməlum şəxslər bıçaqla onu hədələyiblər. Həmin şəxslər ondan pulları almağa çalışıblar. Lakin E.Anayev müqavimət göstərib. Həmin şəxslər məqsədlərinə nail ola bilmədiklərini görüb avtomobildəki mobil telefonunu götürərək gediblər.
Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31