Bakıda dəhşət, kişinin başını kəsib evinə atdılar
13 May 2014 15:59 KriminalBakıda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 12-də Lənkəran rayon sakini İltifat Mehralıyevin baş və boğaz nahiyələrində kəsilmiş xəsarətləri olan meyiti Sabuncu rayonu Bakıxanov qəsəbəsindəki kirayədə yaşadığı evdə tapılıb. Sabuncu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31