Yevlaxda ikimərtəbəli ev yanıb
13 May 2014 15:43 KriminalYevlax şəhərində vətəndaşa məxsus ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Föbqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 70 kv.m olan ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31