Xeyli sayda soyuq silah aşkarlanıb
6 Avqust 2012 13:46 KriminalAntalya-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Mahir Rəfili gömrük nəzarətindən "yaşıl kanalla" keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq şifahi qaydada sorğu-sual edilib və onun yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib. DGK mətbuat xidmətindən verilən məlumata görə, bu zaman M.Rəfiliyə məxsus karton qutunun içərisindən gömrük nəzarətinə təqdim olunmayan, gömrük baxışından əvvəl nə yazılı, nə şifahi, nə də elektron formada bəyan edilən - 9 ədəd "beşbarmaq", 4 ədəd metal dəyənək, 4 ədəd elektroşoker, 2 ədəd gözyaşardıcı qaz balonu və 1 ədəd qatlanan bıçaq aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31