Daha bir qaçaqmalçılığın qarşısı alınıb

Tovuz Gömrük İdarəsi "Sınıq Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə vətəndaşı Mahmut Boranın idarə etdiyi "Mercedes-Benz Travego" markalı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib. DGK mətbuat xidmətindən verilən məlumata görə, həmin nəqliyyat vasitəsinin yüklərinə "Smiths HS-100100 T-is" markalı X-RAY detektoru ilə baxış zamanı 6 ədəd polietilen kisəyə salınmış kağız qutularda, dini əşyaların arasından sürücü M.Boranın gömrük bəyannaməsində qeyd etmədiyi və şifahi olaraq bildirmədiyi ağ rəngli metaldan hazırlanmış zinət əşyaları - 654 ədəd üzük, 238 ədəd kulon, 131 ədəd bilərzik, 31 dəst tana-üzük-kulon, 16 ədəd boyunbağı, 10 cüt tana və 5 ədəd təsbeh aşkar edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31