İran vətəndaşının maşınında 7800 qram narkotok vasitə aşkar edildi
6 Avqust 2012 13:43 Kriminalİran İslam Respublikasının vətəndaşları - sürücü Əli Noubəxt və köməkçisi İdris Zümrüdniya idarə etdikləri "RENO" markalı sərnişin avtobusu ilə İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində gömrük nəzarətindən keçib. DGK mətbuat xidmətindən verilən məlumata görə, avtobusun salonunda, döşəmənin üstündəki 5 ədəd metlax bağlamasına "Şmitsh Heiman-100100 T-2İS" markalı rentgen aparatı ilə baxış zamanı həmin bağlamalardan 3-nün içərisində 11 ədəd bükülüdə, ümumi xalis çəkisi 4800 qram olan tiryək, 6 ədəd bükülüdə isə ümumi xalis çəkisi 3000 qram olan həşiş qətranı aşkar olunub. Yerindəcə araşdırma zamanı sürücü köməkçisi İ.Zümrüdniya şifahi izahatında bildirib ki, 3 ədəd metlax bağlamasını "Həbib Sasanian" adlı bir İran vətəndaşı İranın Astara şəhərində gömrük idarəsinin qarşısında ona verib. İ.Zümrüdniyanın sözlərinə görə, yükü Lənkəran şəhərinə aparmağ və orada telefonla əlaqə yaradaraq "Samir" adlı yerli sakinə verməyi xahiş edib. Fakt üzrə əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədilə sözügedən 3 ədəd metlax bağlaması içərisindəki narkotik vasitələrlə birlikdə əvvəlki qablaşma formasında bərpa edilmiş və avtobusun salonunda əvvəlki yerinə qoyulub. Əməliyyat-axtarış tədbirləri planına uyğun olaraq sürücü köməkçisi İ.Zümrüdniyaya narkotik vasitəsi "alıcısına" məxsus mobil telefon nömrəsinə zəng etməsinə şərait yaradılıb və nəticədə Lənkəran şəhərində "Ləvəngi dairəsi" deyilən ərazidə görüş təyin olunub. Beləliklə, həmin əraziyə "VAZ-21099" markalı avtomaşınla gələn Azərbaycan vətəndaşları, Lənkəran şəhər sakinləri İbad Əliyev və Ceyhun Nəcəfov avtobusa yaxınlaşaraq içərisində narkotik vasitələr olan metlax bağlamalarını götürüb gəldikləri avtomaşının içərisinə qoyan zaman gömrükçülər tərəfindən saxlanılıb.