Bakıda avtomobil binanın özülünə düşdü: ölən və yaralananlar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 12-i saat 04:30 radələrində Xətai rayonu X.Məmmədov küçəsində Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Zaur Nəzərov idarə etdiyi "Mercedes" markalı avtomobilin idarə etməsini itirərək yeni tikilinin özülünə düşüb, nəticədə Z.Nəzərov hadisə yerində ölüb, sərnişinləri 1992-ci il təvəllüdlü Vüqar Məhərrəmov və 1987-ci il təvəllüdlü Elman Musayev xəsarətlə 3 saylı xəstəxanaya daxil olub. Yaralılar tibbi yardım alaraq evə buraxılıb.Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31