Masallıda dəhşətli qəza: 3 ölü, 3 yaralı

Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. Hadisə bu gün saat 13.30 radələrində Ələt-Astara magistralının rayonun Binə-Xocavar kəndindən keçən  hissəsində qeydə alınıb. "VAZ-21099"   və "Lexus" markalı minik avtomobillərinin toqquşması nəticəsində həmin avtomobillərdə olan sərnişinlərdən 3 nəfəri hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanıb. Hadisənin başvermə səbəbləri, ölən və yaralıların şəxsiyyəti öyrənilir. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31