Bakı şəhəri, Yasamal rayonunda "Kasco-RCP" şirkətinə məxsus "Kamaz" markalı avtomobilində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə maşının banında 3 kv.m sahədə məişət tullantıları yanıb. Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31