Şəmkirdə ikimərtəbəli ev yanıb
12 May 2014 14:08 KriminalŞəmkir rayonu, Qaracaəmirli kəndində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31