Şirvan kanalına düşən avtomobilin sürücüsü dünyasını dəyişdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdaş rayonu, Qoşaqovağ kəndində Şirvan kanalına "VAZ" markalı minik avtomobilinin düşməsi və içərisində 1 nəfərin olduğu barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31