Sumqayıtda inzibati bina yanıb

Xəsarət alan var

Sumqayıt şəhərində ikimərtəbəli inzibati binada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı binanın zirzəmisində 12 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31