İnsan orqanları alverində şübhəlilər saxlanılıb

İnsan orqanları ilə qeyri-qanuni alverdə şübhəli bilinən 140 adamın saxlanıldığı xəbər verilir.
Sinxua agentliyinin məlumatında orqanların köçürülməsinə razılıq vermiş yüzə yaxın qeyri-rəsmi donorun sorğu-sual edildiyi bildirilib.
Statistikaya görə hazırda 1.5 milyona yaxın adam orqan köçürülməsinə möhtac olsa da, səhiyyə xidmətləri bu tələbatı qarşılamağa qadir deyil.
Hər il orqan köçürülməsi üzrə 10 min əməliyyat keçirilir.Aprel ayında Klikləyin iPhone almaq üçün böyrəyini satmış gənc barədə məqalələr böyük rezonansa səbəb olmuşdur.Hüquq-mühafizə orqanları bu işlə bağlı 5 nəfərin həbs olunduğunu bildirmişdir.
Çində ölüm cəzasına məhkum edilmişlərin donor olması nadir hal deyil, hərçənd ki, hökumət növbəti 5 il ərzində bu təcrübədən imtina edəcəyini bildirib. BBC.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31