"Beynəlxalq Bank"dan oğurluq edən iki qardaş tutuldu
Lakin Gəncə polisi onların istəyinə mane olub
7 May 2014 15:51 KriminalGəncədə oğurluq etmək istəyən iki qardaş saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri Nizami RPİ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Hüseyn Nəcəfov və qardaşı Samir tutulub. Məlum olub ki, iki qardaş Allahverdi Tağıyevə məxsus mağazadan ərzaq məhsulları, Kibar Cəfərquliyevə məxsus aptekdən 450 manat oğurlayıb. Bununla kifayətlənməyən qardaşlar "Beynəlxalq Bank"ın Gəncə filialının Gülüstan şöbəsindən oğurluğa cəhd edib. Lakin Gəncə şəhəri Nizami RPİ onları cinayət başında tutub. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31