Bakıda Sabirabad sakini kirayə evdə qətlə yetirildi

Bakıda xüsusi amansızlıqla qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 6-da Sabirabad rayon sakini Vahid Əhmədovun Yasamal rayonu ərazisində kirayədə yaşadığı evdə bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31