Neft terminalında yanğın baş verdi

 İranın Qəzvin şəhərinin yaxınlığındakı neft terminalında yanğın baş verib. "Olaylar"ın Türkiyə bürosunun "Fars" İA-ya istinadən məlumatına görə, hadisə baş verən əraziyə dərhal yanğınsöndürmə komandaları cəlb edilib. Nəticədə yanğının qarşısını almaq mümkün olub. Hadisənin qaynaq işləri ilə əlaqədar baş verdiyi iddia olunur. Məsələ ilə əlaqədar təhqiqat aparılır. Ölən və yaralananlar barədə məlumat yoxdur. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31