Göradildə 3 otaqlı ev yanıb

Abşeron rayonu, Göradil qəsəbəsində vətəndaşa məxsus 3 otağlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31