Cəlilabadda 4 mərtəbəli inzibati bina yanıb
7 May 2014 13:24 KriminalCəlilabad şəhərində inzibati binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m olan dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində lambirdən ibarət tavanı 140 kv.m sahədə və 1 otağında 3 ədəd kompyuter, 2 ədəd printer və 1 ədəd masa yanıb. Yanğından inzibati binanın qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31