Bakıda həbsxanada dəhşətli hadisə
6 May 2014 18:26 KriminalBakıda yerləşən cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib. Bakıda yerləşən cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin Xətai rayonundakı 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus özünü asaraq intihar edib. Məhbus, 1981-ci il təvəllüdlü Əliyev Rahim Vəzir oğlu özünü pəncərənin dəmir barmaqlığından mələfə ilə asıb.
Bildirilir ki, intihar edən məhbus həmin cəzaçəkmə müəssisəsinin yeməkxanasında çörəkçi kimi çalışırmış. Füzuli rayonundan olan R.Əliyev dələduzluq faktına görə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilib və barəsində məhkəmə 3 il 6 ay müddətinə həbs qərarı çıxarıb.
İntihar faktı ilə bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31