DİN Sumqayıtdakı qətllə bağlı məlumat yaydı
6 May 2014 15:02 KriminalDaxili İşlər Nazirliyi Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 4-də Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində şəxsiyyəti məlum olmayan şəxs Ucar rayon sakini Bəhram Məmmədova bıçaqla bud nahiyəsindən xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş B.Məmmədov qanaxmadan ölüb. Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini Pərvin Əhmədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31