Saray qəsəbəsində dəhşətli yol qəzası, iki nəfər öldü
6 May 2014 14:57 KriminalAbşeronda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 5-də saat 21 radələrində Abşeron rayonu Saray qəsəbəsinin ərazisində Babək rayon sakini Elnur Bayramov idarə etdiyi "Pajero" markalı avtomobili yolun kənarındakı ağaca vurub. E.Bayramovun sərnişinləri Sumqayıt şəhər sakinləri Elxan Verdiyev, Kazım Kazımov və Samir Qubadov xəstəxanaya yerləşdirilib, K.Kazımov və E.Verdiyev orada ölüblər. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31