Azərbaycan Beynəlxalq Bankının Gəncə filialında oğurluq
6 May 2014 14:56 KriminalGəncədə Azərbaycan Beynəlxalq Bankının filialı qarət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Allahverdi Tağıyevə məxsus mağazadan ərzaq məhsulları, Kibar Cəfərquliyevə məxsus aptekdən 450 manat oğurlamış, habelə "Beynəlxalq Bank"ın Gəncə filialının Gülüstan şöbəsindən oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakinləri Hüseyn Nəcəfov və qardaşı Samir tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31