Abşeronda ağır yol qəzası, ölən var
6 May 2014 12:55 KriminalFövqəladə Hallar Nazirliyi Abşeronda baş verən ağır yol qəzası barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir yolayrıcıya çırpılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1980-cı il təvəllüdlü Yarışov Azad Əbil oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Xilasedicilər A.Yarışovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 02:23-də başa çatıb.