Xaçmazda güclü yanğın, sahibkarın evi və mebel sexi yandı

Xaçmazda  güclü yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,  rayonun Yergüc kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan talvar tipli mebel sexinin dam örtüyünün yanar konstruksiyası 20 kv.m sahədə, sexin içərsində 20 kv.m sahədə taxta qırıntıları və mebel sexinə bitişik ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyası 3 kv.m sahədə yanıb. Evin və mebel sexinin qalan hisssəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31