“Sınıq Körpü” də yaxalandılar
zərbaycan gömrükçüləri Türkiyədən gömrük nəzarətinə bəyan edilmədən ölkəyə zinət əşyalarının gətirilməsi faktını aşkarlayıb
3 Avqust 2012 20:46 KriminalDövlət Gömrük Komitəsindən verilən məlumata görə Tovuz Gömrük İdarəsi "Sınıq Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Mahmut Boranın idarə etdiyi "Mercedes-Benz Travego" markalı sərnişin avtobusundakı yüklərə "Smiths HS-100100 T-is" markalı X-RAY detektoru ilə baxış zamanı 6 ədəd polietilen kisəyə salınmış kağız qutularda, dini əşyaların arasından sürücü Mahmut Boranın gömrük bəyannaməsində qeyd etmədiyi və şifahi olaraq bildirmədiyi ağ rəngli metaldan hazırlanmış zinət əşyaları - 654 ədəd üzük, 238 ədəd kulon, 131 ədəd bilərzik, 31 dəst tana-üzük-kulon, 16 ədəd boyunbağı, 10 cüt tana və 5 ədəd təsbeh aşkarlanıb.Bundan başqa, həmin gömrük postunda Gürcüstandan gələn "Opel Frontera" markalı minik avtomobilinə baxış zamanı həmin nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində, nəqliyyat vasitəsinin sərnişini Azərbaycan vətəndaşı Raqil Həsənova məxsus müxtəlif markalı 251