25 yaşlı gənc 81 yaşlı qadını zorladı

Təqsirləndirilən gənc ittihamları qəbul etməyib

Türkiyədə daha bir cinsi təcavüz faktı üzə çıxıb.ANS PRESS-in xəbərinə görə, Türkiyənin Düzcə şəhərində utandırıcı zorlama faktı qeydə alınıb. Hadisə ötən gün baş verib. Düzcənin Sallar məhəlləsindəki evində tək başına yaşayan 81 yaşlı qadın 25 yaşlı gənc tərəfindən əvvəlcə döyülüb, daha sonra isə zorlanıb.Hadisədən sonra Düzcə Universiteti Xəstəxanasına aparılan yaşlı qadın müalicəyə yazılıb.Düzcə Təhlükəsizlik idarəsinin apardığı istintaq əməliyyat tədbirləri nəticəsində dəlillərlə yaşlı qadını zorladığı iddia edilən gənc evində saxlanılıb. Təqsirləndirilən gənc izahatında haqqında səsləndirilən ittihamları qəbul etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31