Şirənin içərisindən telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.2; 29, 317.1.1 maddələrinə əsasən həbs edilmiş şəxs Şahin Murfazil oğlu Abdullayevə qardaşı Tural Murfazil oğlu Abdullayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı 2 ədəd "Vita" şirələrinin içərisində gizlədilmiş 1 ədəd "Nokia" və 1 ədəd "Samsunq" Duas markalı mobil telefon aparatları aşkar edilərək götürülüb. 

Fakt üzrə araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31