Ayaqqabısında xalası oğluna telefon keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Nəriman Fəxrəddin oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Məftun Böyükkişi oğlu Allahyarovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun geyindiyi ayaqqabının içərisindən "Blackberry" markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31