3 maddə ilə axtarışda olan Rusiya vətəndaşı Azərbaycanda tutulub
5 May 2014 17:48 KriminalRusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Rusiya Federasiyasının vətəndaşı Ruslan Şamsudinov saxlanılıb.
Saxlanılan şəxsin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu (cinayət hazırlama və cinayətə cəhd), 105-ci (adam öldürmə) və 222-ci (qanunsuz silah əldə etmə, satma, saxlama, daşıma) maddələri üzrə təqsirli bilindiyi açıqlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31