Həkimlər Gülər Əhmədovanın sağlıq durumundan danışıblar

Sabiq deputatın səhhətindəki problem təzyiqlə əlaqədar olub

Məhkəmə prosesində səhhəti pisləşən Gülər Əhmədovanın sağllamlıq durumu normallaşıb. Həkimlərin verdiyi məlumata görə, sabiq deputatın səhhətindəki problem təzyiqlə əlaqədar olub. Sabiq millət vəkilinin xəstəxanaya aparılmasına ehtiyac yoxdur. Qeyd edək ki, Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub. İclas hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilib. Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı zamanı hakimlər ilkin baxış məhkəməsinin qərarının baxılmadan saxlanması barədə qərarlarını açıqlayıblar.

Prosesdə sabiq millət vəkilin vəkilləri çıxış ediblər. Fazil Nemətov G.Əhmədova barəsində 178.2.3 maddəsinin və prokurorluğa təqdim olunan video ilə bağlı məlumat verib. "Kiminsə ambisiasına görə dövlət qarşısında xidmət edən G.Əhmədovanı dəmir barmaqlıqlar arxasına salmaq düzgün deyil. 307.2 maddəsində ittiham aktı, 178.2.3 maddəsində isə zərərçəkən şəxs olmadığına görə onun barəsində bəraət hökmü çıxarılsın". Əfsər Talıbova söz verilən zaman G.Əhmədova özünü piss hiss etdiyini deyib. Məhkəmədə fasilə elan edilib. Vəkillərin məlumatına görə, təcili tibbi yardım çağırılıb və ona yardım göstərilib.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31