İki yük avtomobili toqquşub, yaralanan var
5 May 2014 16:31 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, torpaq-qazma işləri zamanı torpaq yığılması üçün növbə gözləyən "Shacman" markalı yük avtomobilinin sürücüsü kabinasından yerə düşərkən ərazinin mailli olması və tormozlanma olmadığı üçün avtomobil arxaya gedib və arxada dayanan digər "Shacman" markalı yük avtomobilinin kabinasına çırpılıb və avtomobillər deformasiyaya uğrayıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yük avtomobilinin kabinasında sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər.