Bakıda saxta əskinas hazırlayan şəxs ələ keçdi

Azərbaycanda saxta əskinas hazırlayan daha bir şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Səbuhi Yəhyayevə və Amid Abdullayevə 20 manatlıq saxta əskinas vermiş Bakı şəhər sakini Eldar Eynullayev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31