İbrahim Tatlısesin ailəsinə ağır itki üz verib (FOTO)
20 dəqiqə davam edən axtarışdan sonra dalğıclar kanaldan Yusif Tatlının cəsədini tapıblar
5 May 2014 10:31 KriminalTürkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin ailəsinə ağır itki üz verib. ANS PRESS-in xəbərinə görə, Tatlısesin 14 yaşlı qardaşı oğlu Yusif Tatlı suvarma kanalında boğularaq ölüb.Məlumata görə, Yusif Tatlı Şanlıurfada həmyaşıdı ilə çimmək üçün Dövlət Su İdarəsinə (DSİ) aid suvarma kanalına giriblər. Kanalda axıntı sürətli olduğundan uşaqlar boğulmağa başlayıblar. Onlardan biri çırpınaraq sahilə çıxsa da Y. Tatlı çıxa bilməyərək suda itib.Dərhal hadisə yerinə polis və xilasedicilər cəlb olunub. 20 dəqiqə davam edən axtarışdan sonra dalğıclar kanaldan Yusif Tatlının cəsədini tapıblar.Tatlının meyiti məhkəmə tibbi ekspertizasına göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31