Gecə seansında kinoteatrın tavanı tamaşaçıların başına uçdu
3 Avqust 2012 17:14 Kriminal. Xakasiya Respublikasının paytaxtı Abakan şəhərində Nautiloc kinoteatrının damı gecə seansı zamanı uçub. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Kinoteatrda "Üçüncü şəxs artıqdır" filminin nümayişi zamanı filmin maraqlı yerində kinozalın damı qəfil uçub. Kinoteatr rəhbərliyi hadisədən sonra jurnalistlərə açıqlamasında hadisə nəticəsində ciddi xəsarət alanın olmadığını bildirib. Rəhbərlik bildirib ki, hadisə nəticəsində zalda olan bir tamaşı qızın gözü qismən zədələnib və o xəstəxanaya yerləşdirilib. Uçqun zamanı kinoteatrın 4 cərgə oturacağı yararsız hala düşüb.Yerli mətbuat isə yazır ki, hadisə nəticəsində ciddi xəsarət alan olmasa da bir neçə nəfər yüngül xəsarət alıb. Hadisədən sonra seansın satılan bilet pulları tamaşaçılara qaytarılıb.