Balaxanı zibilliyində silah-sursat aşkarlandı
2 May 2014 14:15 KriminalBakının ən böyük zibilxanasından silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən Balaxanı qəsəbəsinin ərazisində yerləşən "Təmiz şəhər" ASC-nin poliqonundan 1 ədəd qumbara, 1 ədəd fişəng, 1 ədəd zenit silahının mərmisi, 418 ədəd müxtəlif çaplı patron, 4 ədəd patron darağı və 1 bıçaq tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31