Masallıda istirahət mərkəzi fahişəxana imiş

Masallıda tanınmış istirahət mərkəzində fahişəxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Qəriblər kənd sakini Nəsirağa Hüseynovun kənd ərazisində yerləşən "Nil bağı" istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31